XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 14:45

Bağdad kürd muxtar regionundan beynəlxalquçuşları məhdudlaşdırır

İraq müstəqillik barədə referendumdan sonra Kürdüstan muxtariyyətində yerləşən Ərbil və Süleymaniyə şəhərlərinin hava limanlarından bütün beynəlxalq reysləri dayandırır.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İraq Mülki Aviasiya İdarəsinin məlumatına əsasən, qadağa sentyabrın 29-da yerli vaxtla saat 18:00-da qüvvəyə minir və İraq aviakompaniyalarının daxili reyslərinə şamil edilmir.

Sentyabrın 26-da rəsmi Bağdad region hökumətindən muxtariyyətdə yerləşən hava limanlarını onlara təhvil verməyi tələb edib və əks-təqdirdə beynəlxalq reyslərə qadağa qoyacağı ilə hədələyib. Türkiyənin NTV telekanalının yaydığı məlumata görə, regionun hakimiyyət orqanları bu tələbi rədd edib.

Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik barədə referendum keçirilib. Rəsmi Bağdad referendumu qanunsuz sayıb. Qonşu dövlətlər – Türkiyə və İran, habelə ABŞ və BMT referendumun əleyhinə çıxıb. İraq parlamenti qonşu dövlətlərdən kürd regionu ilə xarici sərhədlərə nəzarətin Bağdada təhvil verilməsini, həmçinin neft üzrə bütün danışıqların və sövdələşmələrin yalnız İraq hökuməti ilə aparılmasını tələb edib.