XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 12:07

Tel-Əvivdə İsraillə Rusiya arasında gizli Suriya görüşü

Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrailə qəfil səfər edib.

 

 

 

 

 

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Lavrentyev Suriya münaqişəsinin həlli ilə bağlı İsrailin yüksək vəzifəli şəxsləri ilə danışıqlar aparıb. 

Bu barədə İsraildə nəşr olunan «Haaretz» qəzetinin bugünkü sayında məlumat verilib.

Nümayəndə heyətində Rusiya Xarici İşlər Nazirliyindən də əməkdaşlar olub. 

Rusiyalı qonaqları İsrailin Baş naziri Benyamin Netanyahunun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Yossi Koxen qəbul edib.