Suriya hökuməti kürdlərin onlara ölkənin şimalında müxtariyyət vermək tələbi lə bağlı danışıqlara açıqdır.
Strateq.az bildirir ki, bu barədə Suriyanın xarici işlər naziri Valid əl-Müəllim bəyan edib. Onun sözlərinə görə, Dəməşq bu müzakirələrə İŞİD-in məğlubiyyətindən sonra başlaya bilər.
Kürdlər 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlandıqdan sonra separat şəkildə muxtariyyət yaradıblar. Kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” İŞİD-lə müharibədə ön sıralarda yer alıb.