XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 16:46

“Müsəlman qardaşları”ın 8 üzvünə ağır cəza verildi- Ömürlük həbs

Misirin Al-Zakazik əyalətinin cinayət işləri məhkəməsi “Müsəlman qardaşları” hərəkatının səkkiz üzvünü ömürlük həbs cəzasına məhkum edib.

Azərtac xəbər verir ki, məhkəmənin qərarı ilə müttəhimlərin digər yeddisi terrorçu qruplaşmasına qoşulduqlarına görə üç il müddətinə azadlıqdan məhrum edilib. Daha üç ittiham edilən şəxs barədə isə bəraət hökmü çıxarılıb.

İstintaqın məlumatına görə, 2016-cı ildə Abu Hammad şəhərinin polis məntəqəsinin təhlükəsizlik qüvvələri “Müsəlman qardaşları” assosiasiyasının 18 üzvünü adamları zorakılığa, dövlət və ictimai müəssisələrə qarşı qeyri-qanuni hərəkətlər etməyə çağırdıqları, şəhərin ictimai obyektlərinə ziyan vurmaq məqsədilə tezalışan materialları saxladıqları üçün həbs ediblər.