XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 18:46

Almaniya seçkilərdən sonra:koalisiyanı kiminlə yaratmalı?

Almaniya Bundestaqına seçkilərdən sonra siyasi partiyalar seçim qarşısındadırlar: koalisiyanı kiminlə yaratmalı?

Azərtac xəbər verir ki, seçkilərdə cəmi 20,5 faiz səs toplamış alman sosial-demokratları (ASDP) kansler Angela Merkelin partiyasından olan mühafizəkarlarla hökumət koalisiyasının bərpasından imtina edərək müxalifətə keçməyi qərara alıblar. Nəticədə elə vəziyyət yaranıb ki, almanların siyasi hesablama qaydalarına görə koalisiyalı hökumət yaratmaq üçün yalnız bir variant qalır: XDİ/XSİ mühafizəkarlar ittifaqından, Azad Demokratik partiyadan olan liberallardan və “İttifaq-90”/”yaşıllar” blokundan ibarət koalisiya.

Almaniyada bu cür koalisiyanı “Yamayka” adlandırırlar, ona görə ki, Karib dənizindəki ada-dövlətin bayrağının rənglər qamması eynilə Almaniyanın bu üç siyasi qüvvəsinin rəngləri kimidir – qara, sarı və yaşıl. Belə ekzotik hökumət koalisiyası yaratmaq üçün federal səviyyədə ümumi məxrəcə gəlmək heç də asan olmayacaq.

Alman ekspertlərin fikrincə, Angela Merkelin vəziyyəti həm də ona görə gərginləşir ki, hökumət koalisiyası yaratmaq üçün əslində üç partiya arasında deyil, dörd partiya arasında razılığa gəlmək lazımdır. Axı, mühafizəkarlar bloku iki partiyadan – sədri kansler Angela Merkel olan Xristian-Demokratlar İttifaqından (XDİ) və sədri Bavariyanın Baş naziri Horst Zeyehofer olan Xristian Sosialistlər İttifaqından (XSİ) ibarətdir.

Bu halda XSİ öz namizədlərini yalnız Bavariyada, XDİ isə həmin federal əyalət istisna olmaqla ölkənin qalan bütün ərazisində irəli sürür. Qardaş partiyalar adlanan XDİ və XSİ-nin mühafizəkar ideoloji məqsədləri yaxın olsa da, hər halda eyni deyildir.