XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 19:53

Rusiyanın son kimyəvi silah ehtiyatlarıməhv edildi

Rusiyanın son kimyəvi silah ehtiyatları Udmurtiyada məhv edilib.

Trend-in məlumatına görə, bu prosesdə "telekörpü" vasitəsilə ölkə prezidenti Vladimir Putin də iştirak edib.

Məluamat görə, Udmurtiyanın Kizner qəsəbəsində hərəsi bir kiloqram ölçüdə olan iki mərmidən kimyəvi maddələr çıxarılıb və zərərsisləşdirib.

Bu, Rusiyanın 40 min tonluq kimyəvi silah ehtiyatının sonuncu hissəsi olub.

Qeyd edək ki, kimyəvi silahların məhv edilməsinə V.Putinin tapşırığından sonra başlanmışdı.