XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

27 Sentyabr 2017 - 22:06

İraq parlamenti referendum təşkilatçılarınıncinayət təqibini təsdiqləyib

 

İraq parlamenti kürd muxtariyyətində müstəqilliklə bağlı keçirilmiş referendumun təşkilatçıları barəsində cinayət təqibi ilə bağlı məsələni təsdiqləyib.

Trend-in məlumatına görə, deputatların bəyanatında bildirilir ki, parlamentin Nümayəndələr Şurası Hökumət yanında Milli Təhlükəsizlik Şurasının bununla bağlı qəbul etdiyi qərarı təsdiqləyib.

Qərara əsasən referendumda iştirak etməyən məmurlar öz vəzifələrində qalacaqlar.

Qeyd edək ki, sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. Referendumun bu gün açıqlanan yekun nəticələrinə görə səsvermədə iştirak edənlərin 92,73% müstəqilliyə "hə" deyib.