XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 09:12

Abdullah Gülün keçmiş yavəri ömürlük cəza aldı –General FETÖ ilə əlaqədə ittiham edilib

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün keçmiş yavəri, briqada generalı İsmail Güneşer ömürlük azadlıqdan məhrum edilib.

O, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəsi olduğuna görə mühakimə olunub.

İnformasiyaya əsasən, İsmail Güneşerlə yanaşı polkovnik Veli Ceylan və kapitan Nuri Kıyak da eyni ittihamla ömrülük azadlıqdan məhrum ediliblər. Məlumata görə, 7 şübhəli məhkəmədə bəraət alıb.

Xəbərdə bildirilib ki, İsmail Güneşer Türkiyə Silahlı Qüvvələri sıralarında 27 il, Veli Ceylan isə 26 il xidmət edib/Report.az.