XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 14:13

Əsədin düşmənlərindən biri öldürüldü

Suriyada Bəşər Əsədə qarşı döyüşən «Suriya İnqilabçıları Cəbhəsi»nin lideri Məhəmməd əl-Masaalma öldürülüb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət qüvvələrinin rəsmi nümayəndəsi Əli Mayxub məlumat verib. Mayxub bildirib ki, qruplaşma lideri Dəməşqdəki döyüşlərdə qətlə yetirilib.

«Suriya İnqilabçıları Cəbhəsi» 2013-cü ildə yaradılıb və ilk gündən Bəşər Əsəd hakimiyyətinə qarşı mübarizə aparır.