XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 17:32

İraq ordusu Ramadini İŞİD-dən geri aldı

İraq odusu İŞİD-in ələ keçirdiyi Ramadi şəhərinə daxil olub.

BBC xəbər verir ki, hökumət qüvvələri həftələrdir Ramadini geri qaytarmaq ugrunda savaşırdı: “Son günlər iraqlı döyüşçülər şəhəri küçə-küçə, bina-bina geri qaytarmağa başlayıb. Snayper atəşinin dayanmasından sonra kəşfiyyat rabitəsi hərəkətsizlik hiss etdi və irəlilədi. İŞİD-çilərin şəhərin şimal-şərqinə qaçdığı güman edilir. Hazırda döyüşlər şəhərin cənub-qərbində davam etdirilir.
Əsasən sünni müsəlmanların yerləşdiyi bu şəhər Bağdadın qərbində yerləşir. İŞİD Ramadini bu ilin may ayında ələ keçirmişdi”.