Aktyor Saşa Baron Koen və xanımı Ayla Fişer suriyalı qaçqınlara 1 milyon dollar bağışlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük bu məbləği suriyalı qaçqınlara yardım edən xeyriyyə təşkilatlarının («Save The Children» və IRC) hesabına köçürüb.
Bu vəsait suriyalı uşaqlara peyvəndlərin vurulmasına və onlara dəstək verilməsinə sərf olunacaq.