XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 Sentyabr 2017 - 22:40

Kabildə daha bir terror aktı –3 nəfər öldü, 16 nəfər yaralandı

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayış zamanı 3 nəfər öldürülüb, 16 nəfər yaralanıb.

Bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Daniş məlumat yayıb.

Danişin sözlərinə görə, partlayış yerli vaxtla saat 18-də törədilib. Qeyd olunur ki, ölənlər arasında iki polis əməkdaşı da var. Bundan başqa daha 14 dinc sakin yaralanıb.

Əfqanıstanın "Pajvak" agentliyi isə bombanın maqnitlə polis maşınına yapışdırıldığını xəbər verib. Agentlik 1 nəfərin öldürüldüyünü, 16 nəfərin yaralandığını xəbər verib.

Terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib/Report.