XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 Sentyabr 2017 - 09:49

Putin Türkiyə prezidentini təriflədi:“Bu, dostum Ərdoğanın uğurudur”

“Suriyaya dair razılaşmaların əldə olunması – Rusiya və Türkiyənin ümumi uğurudur, bu ölkədə müharibənin dayandırılması üçün, faktiki olaraq, artıq lazımi şərait yaradılıb”.

“RİA Novosti”nin  verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı ilə Ankarada keçirdiyi danışıqlardan sonra bildirib:  “Çətinliklərə baxmayaraq, biz müsbət nəticə əldə edə bilmişik. Hesab edirəm ki, bu razılaşmalar bizim ümumi,  çox mühüm uğurumuzdur. Bu, həm də dostumuz cənab Ərdoğanın uğurudur”, – deyə V.Putin qeyd edib.    

 V.Putin qeyd edib ki, terrorçuların məhv edilməsi və suriyalıların dinc həyata qayıtması yalnız region üçün deyil, bütün dünya üçün prinsipial məsələdir.    Türkiyə və Rusiya liderləri Suriyadakı böhranın nizamlanması üçün XİN, Müdafiə Nazirliyi və xüsusi xidmət orqanlarının  xətti ilə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər.