XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 06:30

Timoşenkonun işi üzrə materiallar yoxa çıxıb

Təkcə cinayət işləri deyil, məxfi materiallar da itib

Ukrayna Baş Prokurorluğu keçmiş baş nazir Yuliya Timoşenkonun cinayət işi üzrə keçmiş baş prokuror Viktor Pşonkanın sərəncamları və Timoşenkonun cinayət işi üzrə materialların yoxa çıxması ilə bağlı təhqiqat aparır.

Strateq.az Ukrayna mətbuatına isnadən bildirir ki, baş prokuror Şokin deyib: “Təkcə cinayət işləri deyil, həm də məxfi materiallar yoxa çıxıb. O cümlədən Pşonkanın sərəncamları. Hazırda bu sənədlərin hara və necə yox olduğunu araşdırırıq”.

Qeyd edək ki, keçmiş baş prokuror Viktor Pşonka Ukraynada hakimiyyət dəyişiləndə yoxa çıxıb. O vaxtdan Ukrayna Təhlükəsizlik Xidməti (UTX) və DİN onun axtarır. Pşonka qaçandan bir müddət sonra Rostovda keçmiş prezident Viktor Yanukoviçlə birgə mətbuat konfransında çıxış edib.