XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 10:35

Tokio aeroportunda müvəqqəti terminal yaradılacaq- 2020-ci il Olimpiya Oyunları üçün

Tokioda 2020-ci il Olimpiya Oyunlarında iştirak edəcək idmançıların rahat hərəkəti üçün “Narita” beynəlxlaq aeroportunun yaxınlığında əlavə terminal yaradılacaq.

Azərtac NHK telekanalına istinadla xəbər verir ki, plana əsasən, oyunların avqustun 9-da yekulaşması nəzərdə tutulur ki, həmin vaxt da Yaponiyada yay tətillərinin qızğın vaxtına təsadüf edir. Bunu nəzərə alan aeroportun operatoru olan şirkət yalnız idmançılar üçün terminalın yaradılmasını planlaşdırır ki, ondan oyunlara gələcək rəsmi nümayəndələrin də istifadə edəcəyi gözlənilir.

Operator şirkət aeroporta bitişik, lakin hazırda istifadə edilməyən binada yeniləmə işlərinin aparılmasını və burada qeydiyyat masalarının qoyulmasını nəzərdə tutur.

Müvəqqəti terminalda təhlükəsizlik və miqrasiya nəzarəti şöbələri yerləşəcəyi, onun buraxılış gücünün isə saatda min nəfər olacağı planlaşdırılır.