ABŞ Prezidenti Donald Tramp ölkənin səhiyyə və sosial xidmət naziri Tomas Praysı istefaya göndərib.
Azərtac xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir. “Səhiyyə və sosial xidmət naziri Tomas Prays istefa ərizəsi yazıb və prezident onu qəbul edib”, – deyə məlumatda qeyd olunur.
Sabiq nazir barəsində büdcə vəsaitləri hesabına özəl çarter aviareyslərindən istifadə ilə bağlı idarədaxili araşdırma başladılıb. Nazirin səlahiyyətlərini onun müavini Don Rayt icra edəcək. Tomas Prays xərclənən pulları geri qaytaracağına söz verib. Araşdırmalara görə, xidməti uçuşlar üçün çarter reyslərinə 300 min dollar xərclənib. Halbuki nazir daha ucuz ümumi aviareyslərdən istifadə etməli idi. Daxili təhqiqatın nəticələri onu da müəyyən edib ki, Prays beynəlxalq uçuşlar üçün hətta hərbi təyyarələri də cəlb edib. Beləliklə, nazirin aviauçuşları büdcəyə 1 milyon dollara başa gəlib.