XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 14:48

Dağıstanın başçısı postuna namizədlər…- Siyahı Putinə təqdim olunub

Rusiyanın Dağıstan Muxtar Respublikası başçısı postuna bir neçə namizəd irəli sürülüb. 

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Administrasiyasındakı mənbə bildirib.

Məlumata görə, namizədlərin siyahısı Rusiya prezidenti Vladimir Putinə təqdim olunub.

Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, namizədlər arasında Rusiya Qvardiyası rəhbərinin birinci müavini Sergey Məlikov və Dağıstanın keçmiş başçısı Məhəmmədsalam Məhəmmədovun da adı var. 

Qeyd edək ki, Dağıstanın başçısı Ramazan Abdulatipov bir neçə gün əvvəl ərizə yazaraq vəzifəsindən istefa verib.