XƏBƏR LENTİ

15 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 15:06

Tramp qaçqınların qəbulu üçün kvotalar haqqındasənədi imzalayıb

ABŞ prezidenti Donald Tramp 2018-ci ildə qaçqın qəbulu kvotasını ifadə edən memorandum imzalayıb.

"Report" xəbər verir ki, sənəd Ağ evin saytında dərc olunub.

Sənəddə bildirilir ki, ABŞ humanitar problemlər, həmçinin milli maraqlar ilə əlaqədar 45 minədək qaçqın qəbul edəcək.

Qeyd olunur ki, ölkə 19 min qaçqın Afrikadan, 5 min Şərqi Asiyadan, 2 min Avropa və Mərkəzi Asiyadan qəbul edəcək. Qalan qaçqınlar Latın Amerikası və Yaxın Şərqdən qəbul olunacaq.