XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 16:02

Dünyanın ən böyük bazarı – Əl-Mədinəfəaliyyətini bərpa edib

Hələbdə dünyanın ən böyük örtülü bazarı olan Əl-Mədinə fəaliyyətini bərpa edib. Bazarda hələlik 20 dükan fəaliyyətə başlayıb. Dükan sahiblərinin dediyinə görə, tamamilə dağıdılmış tarixi bazarın tam bərpası on ilədək vaxt apara bilər.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Hələbdə hökumət qüvvələri ilə müxaliflər arasında qarşıdurma beş ildir davam edir. Müxalifətin silahlı dəstələri hələ 2012-ci ildə Suriyanın iqtisadi paytaxtı sayılan şəhərdə Bəşər Əsədə sadiq qüvvələrin mövqelərinə hücum edərək onun 40 faiz ərazisində nəzarətə yiyələnmişdi. Cəbhə xətti Əl-Mədinə bazarı və Qədim şəhərin digər tarixi abidəsi – hökumət qüvvələrinin nəzarəti altında qalan Hələb qalası arasından keçirdi. Döyüşlər nəticəsində bir çox ticarət obyektləri yararsız hala düşmüşdü.

Qeyd edək ki, Əl-Mədinə dünyanın ən iri örtülü tarixi bazarıdır. Ticarət və sənət obyektləri cərgələrinin ümumi uzunluğu 13 kilometrə çatır. Əl-Mədinəyə daxil olan bəzi xırda bazarlar 14 əsrdən bəri fəaliyyət göstərir. Bu bazar 30 il əvvəl Qədim şəhərin tərkibində UNESCO-nun dünya irsi siyahlısına daxil edilib.