XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 19:16

Çin Avropanın ən irimülkiyyətçisi olub

Çin 2010-2016-cı illərdə Avropa İttifaqı ölkələrinə 100 mlrd. avro (118 mlrd. ABŞ dolları) həcmində birbaşa sərmayə qoyaraq ən iri xarici mülkiyyətçiyə çevrilib.

"Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu məlumat Berlində yerləşən Çinin öyrənilməsi İnstitutu (MERİCS) tərəfindən hazırlanan hesabatda qeyd olunub.

Hesabatda bildirilib ki, Çin 2016-cı ilin yekununa görə xarici aktivlərin alınmasında ABŞ-ı ötüb. Çin investisiyalarının 59%-i Avropanın ən iri 3 iqtisadiyyatı – Britaniya, Fransa və Almaniyaya yatırılıb. Ən çox investisiya marağı isə Britaniyayadır. Bu ölkənin "Heatrow" hava limanının 10%-i "China Investment Corporation"a məxsusdur. "Beijing Construction Engineering Group" isə Mançesterdə "aeroport-şəhər" layihəsinin tikintisinə icazə alıb.

"Ernst & Young" konsaltinq şirkətinin məlumatına görə, Almaniyada Çin şirkətləri 2016-cı ildə 68 şirkət alıblar. Bu, 2015-ci illə müqayisədə 2 dəfə çoxdur. Onlar, sənaye robotları istehsal edən "Kuka" şirkətini 4,7 mlrd. dollara, "KraussMaffei" şirkətini isə 1 mlrd. dollara satın alıblar.