XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 19:47

Gürcüstan DİN ermənilərlə qarşıdurma haqa məlumat yaydı:"Polis əməkdaşları xəsarət alıb"

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı məlumat yayıb.
 
APA-nın yerli bürosu məlumata istinadla xəbər verir ki, bir qrup yerli sakin Kumudro kəndində X əsrə aid olan və bərpası davam etdirilən kilsəyə daxil olmağa cəhd ediblər: “Mühafizə polisi vətəndaşlara kilsə ərazisinə daxil olmağa icazə verməyib və bundan sonra bəzi sakinlər polis əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara daş atıblar. İnsident nəticəsində polis əməkdaşları xəsarət alıb və nazirliyə məxsus maşınlara ziyan dəyib. Daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və yerli sakinlərlə görüşüb. Hazırda kənddə vəziyyət sakitdir”.
 
DİN insidentlə bağlı istintaqa başlayıb. Qeyd edək ki, Kumudro kəndinin erməni sakinlərinin kilsə ərazisinə daxil olmağa cəhdinin məqsədi orada xaç quraşdırmaq olub.