XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 September 2017 - 21:20

“Yandex” film nümayişi üçünxüsusi xidmət buraxır

"Yandex" internet şirkəti film nümayişi üçün öz xüsusi xidmətini buraxır.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Vedomosti" məlumat yayıb.

Qəzet həmsöhbətinin sözlərinə görə, hazırda şirkətdə xidmətin quruluşu ilə bağlı eksperiment aparılır. Dəqiq layihə yoxdur, lakin serverin bu ilin sonunadək işə salınması planlaşdırılır.

Ən ehtimal olunan variant yeni onlayn kinoteatrın ödənişli abunə şəklində buraxılmasıdır.