XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Oktyabr 2017 - 11:07

İspaniya polisi Kataloniyada seçki qutularınıyığışdırmağa başlayıb

İspaniya polisi Kataloniyanın müstəqilliyi  ilə bağlı bu gün keçirilməli olan referendumla əlaqədar səsvermə üçün qoyulan seçki qutularını yığışdırmağa başlayıb.
 
APA-nın “El Periódico” qəzetinə istinadən verdiyi məlumata görə, referendumla bağlı bütün seçki materialları Barselonada müsadirə edilir.
 
Bununla belə, polis seçki məntəqəsi kimi istifadə edilməsi nəzərdə tutulan məktəbləri bağlamayıb. Söhbət cümə günündən katalon fəallar tərəfindən zəbt edilmiş məktəblərdən gedir.
 
Qeyd edək ki, bundan öncə Kataloniya hakimiyyəti səsvermə üçün 2300 məntəqənin açılacağını bəyan edib. İspaniya polisi əyalətdə seçki məntəqəsi kimi istifadə edilməsi nəzərdə tutulan 1300 təhsil müəssisəni bağlayıb. Yalnız 160 məktəb katalon fəallar tərəfindən zəbt edilib. Səsvermənin yerli vaxtla saat 09.00-da başlaması gözlənilir.