Fransada Amyen və Lill şəhərlərinin futbol komandalarının qarşılaşması zamanı tribunanın önündəki 1,5 metr hündürlükdə olan təhlükəsizlik səddinin aşması nəticəsində 3-ü ağır olmaqla, 20 nəfər yaralanıb.
Təhlükəsizlik səddi Lill komandasının azarkeşlərinin qol sevincindən atılıb-düşməsinə tab gətirməyib. Amyen şəhərində keçirilən oyun yarımçıq dayandırılıb(azərtac).