XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

01 Oktyabr 2017 - 15:45

Türkiyənin ixracatı 10,6 faiz artıb- Bu ilin doqquz ayında

Türkiyə bu ilin yanvar-sentyabr aylarında ümumilikdə 114 milyard 661 milyon ABŞ dolları məbləğində məhsul ixrac edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 faiz çoxdur.

Bu rəqəmlər Türkiyənin İxracatçılar Məclisinin hesabatında əksini tapıb.

Cari ilin sentyabrında ölkədən 11 milyard 337 milyon dollarlıq məhsul ixrac olunub. Ümumilikdə 139 ölkəyə göndərilən mallar arasında avtomobil sənayesi, gəmiçilik və kənd təsərrüfatı məhsulları üstünlük təşkil edib. Hesabat dövründə ABŞ və Avropa İttifaqı ölkələri Türkiyədən idxal etdikləri məhsulların həcmi artırıblar(azərtac).