XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 15:04

ABŞ xaricdə apardığı  hərbi əməliyyatlara  1,7 trilyon dollar xərcləyib –Hesabat

ABŞ 2001-ci ildən bəri Əfqanıstan, İraq və digər ölkələrdə, həmçinin İŞİD terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlara 1,7 trilyon dollar sərf edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu hesablama dövlət büdcəsinin xərclərinin analizi ilə məşğul olan “National Priorities Project” təşkilatının ekspertləri tərəfindən aparılıb. Onların məlumatına əsasən, Vaşinqtonun Əfqanıstanda 2001-ci ilin oktyabr ayında başladığı hərbi əməliyyatlara artıq 785 milyard dollardan çox vəsait xərclənib. “Amerikanın vergiödəyiciləri bu əməliyyatlar üçün hər saatda 4 milyon dollar ödəyirlər”, – təşkilatın saytında belə deyilir.

İraqda 2003-cü ilin martında başlayan əməliyyatlar təxminən 821 milyard dollara başa gəlib. İŞİD qruplaşması ilə mübarizəyə isə ABŞ indiyədək 17 milyard dollar xərcləyib.