XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 12:48

Son bir ildə Rusiyada yoxsulların sayı 2 dəfə artıb

Son bir ildə Rusiyada yoxsulların sayı 2 dəfə artıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyada fəaliyyət göstərən İctimai Rəyin öyrənilməsi Mərkəzinin apardığı araşdırma üzə çıxarıb.

Araşdırma zamanı ölkənin 130 yaşayış məntəqəsində yaşayan sakinlər arasında sorğu aparılıb. Respondentlərin əksəriyyəti həyat səviyyəsinin gündən-günə pisləşdiyini, qida və geyim ala bilmək üçün yetərli maddi vəsaitə sahib olmadıqlarını bildirib.

Sorğuda iştirak edənlərin cəmi 14 faizi maddi vəziyyətindən razılıq edib.