XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Oktyabr 2017 - 17:08

Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyən deputat həbs edilib

Qırğızıstanda məhkəmə prezident seçkilərində dəstəklədiyi namizədin məğlub olacağı təqdirdə hakimiyyəti ələ keçirəcəyini iddia edən millət vəkili Kanatbek İsayevin həbsinə qərar verib.

Trend-in məlumatına görə, Qırğızıstan Baş Prokurorluğu millət vəkilinin bir qrup şəxslə əlbir olaraq hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib və cinayət işi başlaylıb. Nəticədə K.İsayev barəsində həbs-qətimkan tədbiri keçirilib.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də baş tutacaq. Kanatbek İsayev Omurbek Babanovu dəstəklədiyini bildirmişdi.