XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 21:40

Məğlub olan İŞİD İraqda neft quyularını yandırıb

 

İŞİD terror qruplaşması Havicaya qarşı əməliyyat başladan İraq ordusuna neft quyularını verməmək üçün onları yandırıb.

AZƏRTAC xəbər verir ki, Suriya və İraqda təşkilatlanmağa davam edən İŞİD Havicadakı bütün neft quyularını yandırıb. Havicanı itirəcəyini anlayan İŞİD bölgədən çıxmağa hazırlaşarkən buradakı neft quyularını yandırıb.

Qeyd edək ki, İraqın əsas neft bölgəsi olan Mosulda da orduya uduzan İŞİD şəhərdən çıxarkən buradakı bütün neft quyularını yandırmışdı.