XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 00:23

Las-Veqası qana boyayan 64 yaşlı qatil haqda yeni xəbər –Hadisədən qabaq qumarla bağlı böyük məbləğdə pul köçürüb

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib.

Bu barədə NBC telekanalı ABŞ hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.

Məlumata əsasən, söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib.

Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib.

Qeyd edək ki, bu gecə “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən Stiven Paddok polis tərəfindən tutulacağını görüb özünü öldürüb/APA.