Ermənilər: “İsrail polisi tərəfkeşlik edir”
Yerusəlimdə gənc ultra mühafizəkar yəhudilərlə erməni seminariyaçıları dalaşıblar.
Strateq.az İsrail mətbuatına əsasən xəbər verir ki, İsrail polisi dava-dalaş iştirakçılarını saxlayıb. Polisin saxladığı Artur Gevorqyannı sözlərinə görə, erməni kilsəsinin 30 seminariyaçısı məbəddən Köhnə şəhərə qayıdırdı. Yolda üç yəhudi gənci yaxınlaşaraq onları təhqir edib və üzlərinə tüpürüb. Cavabında erməni gənclər onları döyüblər və dava qızışıb.
Ermənilər bildiriblər ki, İsrail polisi tərəfkeşlik edir: “Niyə yəhudi gəncləri tez-tez ermənilərə hücum edirlər, amma müsəlman gəncləri ilə işləri yoxdur. Yadımdadır, bir neçə il əvvəl yəhudi oğlanları erməni kilsəsinin divarında yazmışdılar: “Ermənilərə və ərəblərə ölüm!” Belə çağırışlar tez-tez baş verir, İsrail polisinin fəaliyyətsizliyi isə bu cür ekstremizmin yayılmasına səbəb olur”.