XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 15:30

“Ukrayna ilə Avropa İttifaqı arasında saziş islahatlar üçün yol xəritəsidir” –Pavlo Klimkin

"Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya sazişi bu il sentyabrın 1-dən qüvvəyə minib. Bu, Ukraynada Avropayönümlü islahatlar üçün yol xəritəsidir".

Bunu Ukraynanın xarici işlər naziri Pavlo Klimkin Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunu tək vizanın aradan qaldırılması kimi anlamaq doğru deyil:

"Bu sazişin qüvvəyə minməsi Ukraynanın Avropaya məxsusluğunun təzahürüdür. Bu saziş yeni ticarət imkanları da yaradır və bu ilkin addımdır. Bizim əsas məqsədimiz Avropa İttifaqına qəbul olunmaqdır".

APA