XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 18:10

İtaliyada avtomobildən istifadəyə qadağa qoyuldu

Italiyanın iki şəhərində – Milan və Romada havanın çirklənməsinin qarşısını almaq üçün avtomobil istifadəsinə bir sıra qadağalar qoyulur.

BBC xəbər verir ki, Milanda qarşıdakı 3 gün ərzində, hər gün 6 saat avtomobil, motosikl və skuter kimi nəqliyyat vasitələrinin istifadəsinə qadağa qoyulacaq.

Romada isə bazar ertəsi tək nömrəli, növbəti gün isə cüt nömrəli avtomobillərə 9 saat qadağa qoyulacaq.

Mütəxəssislər deyir ki, qeyri-adi sakit və quru hava, çirklənmənin nişanələridir. Romada qadağadan kənar qalan yeganə nəqliyyat vasitələri hibrid enerjisi ilə işləyənlərdir.

Bundan əlavə, Milan höküməti insanları ictimai nəqliyyatdan istifadəyə həvəsləndirmək üçün “tüstü dumanı əleyhinə” kampaniyaya başladıb. Bütün gün üçün bir biletin qiyməti 1.65 avro olub.

Hökümət bildirib ki, qoyulmuş qadağa icbaridir və onu pozanları cərimə gözləyir.

Tüstü dumanı ağciyər və nəfəs borusu xəstəliklərinə səbəb olur. Son illər İtaliyada havanın çirklənməsinə görə 84 mindən çox insan həyatını itirib.