XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2015 - 18:22

İŞİD-i tənqid edən jurnalist öldürüldü

Türkiyənin Qaziantəp şəhərində yaşayan suriyalı jurnalist və fəal Naji El Jerf küçədə başından güllə ilə vurularaq öldürülüb.

BBC xəbər verir ki, İŞİD-in insan haqlarını pozması barədə sənədli filmlər çəkən 38 yaşlı Jerf həmçinin “Raqqa sakitcə qətlə yetirilir” qrupunda rejissor kimi fəaliyyət göstərirdi. O, İŞİD-in sərt tənqidçilərindən biri idi. 

Qaziantəpdə çıxan “Hentah” jurnalının redaktoru olan Jerf bu gün Fransaya getməliydi. O, Fransada sığınacaq almışdı. 

“Hürriyet” qəzeti yazır ki, iki qız atası olan Jerf səssiz tapança ilə vurulub. Jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.