“Coca Cola” şirkətinin rəhbəri Dimitris Lois vəfat edib.
Strateq.az-ın məlumatına görə, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib: “Şirkət dərin hüznlə Dimitris Loisin 2 oktyabrda vəfat etdiyini bəyan edir”,- deyə Coca-Cola Hellenic Bottling Company (Coca-Cola HBC) –nin açıqlamasında qeyd olunur.
Sentyabr ayında “Coca Cola”nın yaydığı açıqlamada Loisin səhhəti ilə bağlı postunu müvəqqəti tərk etdiyini vurğulamışdı.