XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 20:09

17 yaşlı gənc Ərdoğanı təhqirə görə həbs olundu

Türkiyənin Tekirdağ vilayətində 17 yaşlı gənc prezident Rəcəb Tayyib Ərdoğanı təhqirə görə həbs olunub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, gəncin Ərdoğanı «Facebook»da təhqir etdiyi bildirilir.

Polisdən bildiriblər ki, təhqir məzmunlu statusdan sonra idarənin «qaynar xətt»inə şikayət daxil olub.
Hələlik istintaq orqanı gəncin kimliyi barədə əlavə məlumat vermir.

Xatırladaq ki, Türkiyədə ötən ilin dekabrında da 17 yaşlı bir gənc Ərdoğanı təhqirə görə saxlanılmış və 11 ay həbs cəzası almışdı.