XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 21:18

Erməni deputat Sərksiyan hakimiyyətini “yıxıb-sürüdü”:"Siyasi sistem şimpanze səviyyəsindədir..."

"Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir, hakimiyyət isə onu makaka səviyyəsinədək endirmək istəyir".

Bunu müxalif millət vəkili Nikol Paşinyan deyib.

Yerevan şəhərində yerli özünüidarəetmə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı millət vəkili bildirib ki, təklif olunan dəyişiklik Ağsaqqallar şurasını şəhər referendumları keçirmək təşəbbüsündən məhrum edir:

“Bu, şəhər hakimiyyətinin demokratiyasına təhdiddir. Bu, kiçik məsələ kimi görünür, amma nə olsun? İnsanla oranqutan arasında da genetik fərq çox kiçikdir – 2%. Amma nəticə necədir? Ona görə də hakimiyyətdən xahiş edirəm: onsuz da siyasi sistemimiz şimpanze səviyyəsindədir, onu makaka səviyyəsinədək endirməyin”.

Trend