XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 05:54

Səudiyyə krallığında benzin 40 faiz bahalaşdı

Beynəlxalq Valyuta Fondu Səudiyyə Ərəbistanına neft gəlirlərinin sürətlə azaldığı bu dövrdə ölkənin xərclərini azaltmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq etmişdi. 

Elə bu ərəfədə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən ölkədə büdcənin rekord həddə kəsiri fonunda benzinin qiymətinin 40 faiz qaldırıldığı barədə məlumat yayılıb.

Hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.

Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır. ölkə neft istehsalına görə dünyada birinci yerdədir.

Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Səudiyyə Ərəbistanı Kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq.

Qeyd edək ki, 2016-cı ildə krallıq hökuməti büdcə xərclərini 10 faiz azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.

Azərtac