XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 06:05

Türk ordusu yenə itki verdi: 1 şəhid, 10 yaralı

Türkiyənin Şırnak bölgəsinin Silopi rayonunda PKK terrorçularının zərərsizləşdirilməsi məqsədilə aparılan növbəti əməliyyat zamanı bir əsgər şəhid olub, biri isə yaralanıb.

“Anadolu” Agentliyinin məlumatına görə, əməliyyat zamanı PKK terrorçularının təşkil etdikləri hücum nəticəsində yaralanan 2 türk əsgəri xəstəxanaya çatdırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Türkiyə Baş Qərargahından verilən məlumatda Şırnak bölgəsində davam edən əməliyyatlarda 170 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Diyarbəkirin Sur qəsəbəsində baş vermiş qarşıdurmada isə 5 polis və 4 əsgər yaralanıb. Yaralılar dərhal yerli xəstəxanaya aparılıb. 

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bütün hərbi hissələrdə Yeni ilin qeyd olunmasını ləğv edib.
Bu, Türkiyə ordusunun PKK ilə toqquşmalar zamanı itkilər verməsi ilə bağlıdır.

Türkiyə mətbuatının məlumatına görə, son ayda Türkiyədə PKK ilə toqquşmalar nəticəsində 60-dan artıq hərbçi həlak olub.