XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2017 - 23:15

Türkiyə kosmik stansiya inşa edəcək –Baş nazirdən yeni silah istehsalı mesajı

Türkiyə kosmik stansiyanın inşa edilməsinə dair qərar qəbul edib.

Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.   

“Kosmik stansiyanın inşa edilməsinə dair qanun layihəsi artıq parlamentə təqdim edilib”, – deyə B.Yıldırım Eskişehir əyalətində helikopter ehtiyat hissələrinin istehsalı zavodunun açılış mərasimində bildirib.

Onun sözlərinə  görə, qərar kosmik və aviasiya texnologiyalarının, təbii sərvətlərin aşkarlayaraq əhalinin rifahı üçün istifadə edilməsi hesabına ölkədə inkişaf və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul olunub.  

Türkiyənin baş naziri həmçinin NATO ölkələrinin birgə layihəsi olan “F-35” beşinci nəsil qırıcı-bombardmançı təyyarələrin istehsalı layihəsini şərh edib.

“Təyyarənin füzelyajının mərkəzi hissəsi ABŞ-la yanaşı, Türkiyədə, TUSAŞ şirkəti tərəfindən də istehsal ediləcək. Şirkət artıq istehsala başlayıb. Türkiyədə həmçinin hücum və kəşfiyyat pilotsuz uçan aparatların istehsalı da davam etdirilir”, – deyə o, əlavə edib/APA.