XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 10:23

BOK və “Tokio-2020”nin təşkilat komitəsi Olimpiadanınxərclərini azaldacaq

Beynəlxlaq Olimpiya Komitəsi (BOK) və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadanın təşkilat komitəsinin üzvləri yarışların təşkili ilə əlaqədar xərcləri daha da azaltmaq niyyətindədirlər.

Azərtac xəbər verir ki, bu barədə BOK-un və təşkilat komitəsinin Tokioda keçirilən növbəti toplantısı zamanı bildirilib.

Hazırda Tokioda keçiriləcək oyunların büdcəsi, ehtiyat fondu nəzərə alınmadan, 1 trilyon 385 milyard yen (təqribən 13 milyard 700 milyon dollar) təşkil edir.

Oyunların təşkilat komitəsinin sədri Yoşiro Mori deyib ki, bu, BOK-u və beynəlxalq idman federasiyalarını daha mürəkkəb qəraralar qəbul etməyə məcbur edəcək. Lakin, eyni zamanda, o, birlikdə problemin həllinin mümkünlüyünü də qeyd edib.