XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 December 2015 - 07:13

Baş nazir İŞİD-ə meydan oxudu: “2016 böyük qələbələr ili olacaq”

İraqın baş naziri Heydər Abadi 2016-ci ildə İŞİD-in ölkə ərazisində tam məğlub olacağına söz verib.

BBC xəbər verir ki, Ramadinin İŞİD nəzarətindən azad edilməsindən sonra televiziyada çıxış edən Baş nazir bildirib ki, İraq ordusunun növbəti hədəfi İŞİD yaraqlılarının nəzarətində olan Mosul şəhəridir:
“2015-ci il azadlıq ili oldu, 2016 isə Mesopotomiya və İraq ərazisində olan bütün İŞİD qüvvələrinin məhv edildiyi böyük qələbələr ili olacaq. Biz Mosula onu azad etmək üçün gedirik. Bu, İŞİD-ə öldürücü zərbə olacaq”.

Baş nazir Ramadinin geri qaytarılması münasibətilə hərbçiləri təbrik edib.

İŞİD Ramadini may ayında ələ keçirmişdi. İraq hökumət qüvvələri həftələrdir şəhəri qaytarmaq üçün mübarizə aparırdı. Ramadinin hökumətin nəzarətinə qaytarılması 2014-ci ildən bəri İraq ordusunun ən böyük hərbi uğurlarından oldu.

Televiziyada yayılmış görüntülərə əsasən, ötən bazar günü şəhərin mərkəzində hökumət binaları üzərində İraq bayrağı qaldırılıb.

BBC müxbirinin hadisə yerindən verdiyi məlumata görə, hazırda Ramadi xarabalığa dönüb. Onun dağılmış küçələrində insanlar gözə dəymir. Bir çox binalar minalanmış qalır.

Mərkəzdə və şəhərin şimalında yaraqlıların axtarışı davam edir.