XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 11:07

Novak:"“Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirəcək"

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki (İKRR) fəaliyyətini davam etdirəcək.

Azərtac xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, “Gazprom”, “Rosneft” və digər Rusiya şirkətləri Şimali İraqdakı fəaliyyətlərini davam etdirir və gələcəkdə də davam etdirəcək.

Qeyd edək ki, ötən günlərdə “Gazprom Neft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyindəki layihəsindən imtina etdiyini açıqlamışdı.