XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2017 - 11:47

Türkiyədə partlayış- 4 hərbçi həyatını itirdi

Türkiyənin Hakkari vilayətində partlayış törədilib.

Trend-in məlumatına görə, partlayış nəticəsində 4 hərbçinin həlak olması, daha 4 nəfərin yaralanması barədə xəbər verilib.

Qeyd olunur ki, hadisə Yüksekova rayonunda patrul xidməti zamanı baş verib.

Hazırda partlayışı törədənlərin axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.

Partlayışı PKK terror təşkilatının törətdiyi bildirilir.