XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 07:43

Universitet rektoru korrupsiyaya görə ömürlük həbs cəzası aldı

çində iki universitetin rektoru işləmiş Cou Venbin rüşvət və korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib.

O, məhkəmənin qərarı ilə 2002-2013-cü illərdə Şərqi çin Geologiya və Nançan universitetlərinin rektoru işlədiyi dövrdə müxtəlif şirkətlərdən və təhsil ocaqlarının kollektivindən ümumilikdə 21 milyon yuan (3,24 milyon ABŞ dolları) məbləğində rüşvət almaqda təqsirli bilinib.

İstintaqın gedişində müəyyən olunub ki, keçmiş rektor rüşvət müqabilində şirkətlərə müxtəlif layihələrin həyata keçirilməsinə şərait yaradıb. Bundan başqa, o, Nançan Universitetinin fondundan 58,75 milyon yuan vəsaitin mənimsənilməsində də təqsirkar bilinib.

Azertag.az