XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 07:57

İstintaq Nemtsovun qətlinin sifarişçisinin adını açıqladı

Rusiya İstintaq Komitəsi tanınmış radikal müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən şəxslərə elan etdiyi ittiham aktını yekunlaşdırıb. Komitə qətlin əsas sifarişçisinin adını da açıqlayıb:

“Bu gün istintaq tədbirləri çərçivəsində Zaur Dadayev, Anzor və Şadid Qurbaşev qardaşları, Tamerlan Əsgərxanov və Həmzət Baxayevə mütəşəkkil cinayətkar dəstə tərkibində qətl törətmək və qanunsuz odlu silah əldə etmə, gəzdirmə faktı ilə bağlı yekun redaksiyada ittiham aktı elan olunacaq”.

İsitntaq Komitəsi qətlin təşkilatçısı və sifarişçisi qismində bu gün Rusiya sərhədlərindən kənarda olan Ruslan Muxidinovu görür. Muxidinovun Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi ehtimal edilir.

Modern.az