XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 15:46

Səudiyyə Ərəbistanı yol tikintisinə sərmayə qoyacaq- Rusiyada

Səudiyyə Ərəbistanının “Public Investment” Fondu Moskvada avtomobil yollarının və Sankt-Peterburqda sürətli tramvay xəttinin inşasında iştirak etməyi planlaşdırır.

Azərtac Rusiya Birbaşa İnvestisiyalar Fonduna istinadla bildirir ki, Səudiyyə Ərəbistanı Fondunun layihədə iştirakının şərtləri Kral Salman bin Əbduləziz Əl Səudun Moskvaya səfəri zamanı razılaşdırılacaq.

Bir müddət əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak bildirmişdi ki, Rusiya Səudiyyə Ərəbistanı ilə birgə bir milyard dollarlıq investisiya fondu yaratmaq niyyətindədir.