XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 17:03

Putin:"OPEC+ sazişinin müddəti 2018-ci ilin sonunadək uzadıla bilər"

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair Vyana sazişinin müddəti 2018-ci ilin sonunadək uzadıla bilər.

Azərtac xəbər verir ki, bu barədə Rusiya Enerji Həftəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, OPEC+ sazişinin müddəti gələn ilin birinci rübündən sonrakı dövrə, hətta 2018-ci ilin sonunadək uzadıla bilər. Lakin bununla bağlı qərar mövcud sazişin müddətinin bitəcəyi vaxt veriləcək: “Qərar 2018-ci ilin mart ayındakı vəziyyətə görə veriləcək. Lakin sazişin müddətinin uzadılacağını istisna etmirəm. Əgər bu məsələ gündəmə gəlsə o zaman sazişin müddəti ən azından 2018-ci ilin sonuna qədər uzadılmalıdır”.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.