XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 17:37

“Amazon”un 250 milyon avrovergi borcu var

Avropa İttifaqı dünyanın ən böyük internet alış-veriş şirkəti “Amazon”un Lüksemburqa 250 milyon avro vergi borcu olduğunu açıqlayıb.

Azərtac CNN telekanalına istinadla xəbər verir ki, şirkətdən həmin borcu faizi ilə ödəməsi tələb olunub. Şirkətin Lüksemburqda vergi öhdəliklərini yerinə yetirməməsi Avropa İttifaqının qaydalarına zidd olaraq qəbul edilib.

Qeyd edək ki, “Amazon” Lüksemburqda iki şirkət qurub. Bu şirkətlərin nə ofisi, nə də işçisi var.