XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Oktyabr 2017 - 20:31

İŞİD-in İraqdakı əsas qərargah şəhəri silahlılardanazad edilib

İraq ordusu Əl-Havica şəhərinin İŞİD-dən tam azad olunduğunu bəyan edib.

Trend-in məlumatına görə, şəhərin azad olunması üçün əməliyyat 2 həftə əvvəl başlamışdı. General-leytenant Abdul Əmir Yarallı əməliyyatın başa çatması ilə bəyanat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində ordu 98 kəndi İŞİD-dən təmizləyib, Tiqrit-Kərkük magistralı üzərinə nəzarəti bərpa edib və iki aeroportu silahlılardan azad edib. Əməliyyatda 200-ə yaxın silahlının öldürüldüyü xəbər verilir.

Əl-Havica İŞİD-in İraqda Mosuldan sonra əsas qərargahı hesab edilirdi.